Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov bildirib ki, Rusiya və Ukrayna hərbi qüvvələri arasında baş verən qarşıdurmalar səbəbindən bölgədə fövqəladə vəziyyət davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Smirnov "Telegram" kanalında verdiyi açıqlamada Ukrayna ordusunun Kursk bölgəsinə başlatdığı hücumlardan sonrakı vəziyyətlə bağlı məlumat verib.
Vəziyyətin "çətin" olduğunu, lakin nəzarət altında olduğunu bildirən Smirnov: "Düşmən qoşunlarının Kursk bölgəsinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən etibarən bölgədə fövqəladə vəziyyət elan etmək qərarına gəldim", - deyib.
Qeyd edək ki, Ukrayna mətbuatının məlumatına görə, artıq yeddinci gündür ki, Kursk vilayətində döyüşlər davam edir və Ukrayna qoşunları qərb və şimal-qərb istiqamətində irəliləməyə nail olub.
Malik Atilay