Katima Mulilo şəhərində 3-6 yaş arası uşaqlar istifadə olunmayan dondurucuda ölü tapılıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Namibiya polisi Zambezi bölgəsinin şimal-şərqində boş, köhnə dondurucudan tapılan dörd uşağın ölümünü araşdırır.
Polis uşaqların oynayarkən təsadüfən sıxışıb içəridə boğulduğunu düşünür, lakin araşdırma davam edir.
Dörd uşaqdan ikisinin dondurucuda boğularaq öldüyü, digər ikisinin isə xəstəxanada müalicə olunarkən öldüyü bildirilir.
Zambezi regional polis komandiri Andreas Şilelo: "Dondurucuda ancaq çöldən açıla bilən qarmaq var. Onlar təxminən saat yarım qapalı qalıb və boğulublar", - deyib.
Malik Atilay