|
|
|
|

Bu barədə Cənubi Koreya xəbər agentlikləri məlumat yayıb.
525.az həmin mənbələrə istinadən xəbər verir ki, zibillə dolu 30 bağlama zibil Kenqido və Seul regionlarının şimal hissəsində aşkarlanıb.
Zibillər əsasən məişət tullantılarından, kağız qırıntılarından və plastik qablardan ibarətdir. Tərkibində təhlükəli başqa nəsə yoxdur.
2 həftə əvvəl də Şimali Koreya cənub istiqamətində zibil bağlamaları olan xeyli şar göndərmişdi. Bu, deyəsən, "şar aksiyası"nın növbəti mərhələsidir.
Qeyd edək ki, iyul ayında Tokioda Cənubi Koreyanın müdafiə naziri Sin Von Siq və ABŞ-lı həmkarı Lloyd Ostin Şimali Koreyanı cənub istiqamətində zibilli şarları buraxmamağa çağırmışdılar. Görünür, sözləri yerə düşüb.
L.Tağıyeva



