|
|
|
|

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə sentyabrın 26-da görüşəcək.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı dövlət başçıları Ukrayna münaqişəsini, Kiyevin strateji planlaşdırılmasını və ABŞ-nin dəstəyini müzakirə edəcəklər. Demokratlar partiyasının prezidentliyə namizədi Kamala Harris isə Vladimir Zelenski ilə ayrıca görüşəcək.
Bununla belə, bildirilir ki, Bayden və Harris Zelenski ilə danışıqlar zamanı Kiyevi dəstəkləmək üçün öhdəliklərinin sarsılmaz olduğunu vurğulayacaqlar.
İbrahim Cəfərov



