
Rusiya Ukraynadakı münaqişədə qalib gəlir və ABŞ bunu dərk edir.
525.az xəbər verir ki, bu barədə amerikalı politoloq Con Mirşaymer müsahibəsində deyib.
“Rusiya qalib gəlir və ABŞ administrasiyasındakı insanlar bunu, şübhəsiz ki, bilirlər, onların ictimai bəyanatlarına baxmayaraq, açıq şəkildə başa düşürlər ki, vəziyyəti geri qaytarmaq üçün heç bir yol yoxdur”, – politoloq əlavə edib.
Onun fikrincə, amerikalılar başa düşməlidirlər ki, ukraynalılar ciddi bəladadırlar. Mirşaymer hesab edir ki, vəziyyət daha da pisləşəcək və sonda Ağ Ev əsl fəlakətlə üzləşəcək. Vaşinqtonun mövcud vəziyyətdən çıxış yolu yoxdur və buna görə də hansısa “sehrli həll” tapmağa çalışır.
Pərvanə Sultanova



