
İsrailin endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 495 nəfərə çatıb.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 96 mindən çox insan zərər çəkib.
Yalnız son sutkada 28 nəfər ölüb, 85 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.



