
İsrail ordusu Livanın cənubuna yeni hava hücumu təşkil etdiyini elan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada Livanın cənubuna yeni hava hücumu təşkil edildiyi bildirilib.
Hücumlarla bağlı heç bir təfərrüat verilməsə də, bölgə sakinləri İsrail döyüş təyyarələrinin Livanın cənubunda bəzi yerlərə hava zərbələri endirdiyini bildiriblər.
Sosial mediada yayılan görüntülərdə Livanın cənubundakı bəzi bölgələrdə baş verən hücumlar səbəbindən tüstünün yüksəldiyi görülüb.
İsrail ordusu bu gün səhər saatlarında Livanın cənubuna hava zərbələri endirib.
Ordudan verilən açıqlamada, hücumlarda 150-dən çox "hədəf"in vurulduğu qeyd edilib.
Malik Atilay



