
Yaponiyanın qərbindəki İşikava əyalətinin Noto və Suzu bölgələrinə yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 9-a yüksəldiyi açıqlanıb.
525.az Yaponiyanın dövlət televiziyası NHK-yə istinadən xəbər verir ki, Noto və Suzu bölgələrində güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində ölənlərin sayı artıb.
Səlahiyyətlilər təbii fəlakətlərdə 9 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Ləman İlkin



