
"Rəsmi London İsrailin özünümüdafiə hüququnu dəstəkləyir”.
525.az xəbər verir ki, bunu LBC radiosuna müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer israilli həmkarı Binyamin Netanyahunun tənqidi fikirlərinə münasibət bildirərkən deyib.
B.Netanyahu daha əvvəl İsrailə silah ixracı üçün bir sıra lisenziyaların dayandırılmasının düzgün olmadığını bildirib.
“Biz beynəlxalq hüquqa və daxili qanunvericiliyimizə əməl etməli idik. Mən həmişə İsrailin özünümüdafiə hüququnu dəstəklədiyimi açıq şəkildə bildirmişəm”, - deyə Kir Starmer vurğulayıb.
Britanyanın Baş naziri əlavə edib ki, İsrailin özünümüdafiəsi beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilməlidir.
İbrahim Cəfərov



