
İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrailin son zərbələri zamanı “Hizbullah” hərəkatının komandanlığı üzvlərinin həlak olması bu qruplaşmanı əhəmiyyətli dərəcədə zəiflətməyəcək.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq mətbuatı məlumat yayıb.
“Şübhəsiz ki, “Hizbullah” hərəkatının komandirlərinin ölümü qruplaşmaya ziyan vurub, lakin bu, “Hizbullah”ı diz çökdürə bilməz”, - o vurğulayıb.



