
İnsan hüquqlarına hörmət etmək və qorumaq Çin hökuməti üçün hər zaman prioritetdir.
525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk ilə görüşündə deyib.
Qlobal insan hüquqları idarəçiliyinin mürəkkəb problemlərlə üzləşdiyini vurğulayan Vanq Yi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin çoxtərəfliliyə sadiq qalacağına, öz vəzifələrini ədalətli və obyektiv şəkildə yerinə yetirəcəyinə, müxtəlif ölkələrlə konstruktiv dialoq və əməkdaşlıq aparacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Çin bəzi ölkələrin insan haqlarını siyasiləşdirməsinə və insan haqları məsələlərindən qarşıdurma üçün istifadə etməsinə qarşıdır. Nazir əlavə edib ki, ölkəsi komissarlıqla qarşılıqlı hörmət əsasında mübadilə və əməkdaşlığı gücləndirməyə və insan hüquqları işinin sağlam inkişafına birgə kömək etməyə hazırdır.
Öz növbəsində VTürk deyib ki, qarşılıqlı anlaşmanın yaxşılaşdırılması üçün Çin ilə dialoq və əməkdaşlığı gücləndirməyə hazırdır.
Pərvanə Sultanova



