
ABŞ-ın Qleyşer Milli Parkında ayı qrupla gəzintiyə çıxan kişiyə hücum edib.
525.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
35 yaşlı turist yaralı halda bir kilometr yarımdan çox piyada yol qət edib. Yol boyu ona qrup üzvləri və park mühafizəçiləri kömək edib. Onların sayəsində kişi dağ evinə çata bilib, oradan isə xəstəxanaya aparılıb. Mühafizəçilər hücumun başvermə şəraitini araşdırdıqları üçün ərazinin bir hissəsini bağlayıblar. Turistə boz ayının, yoxsa baribalın hücum etdiyi hələlik məlum deyil.
Turistlərə ayıları çəkindirmək üçün parkda qrup halında gəzmək, gəzinti zamanı ayı spreyi daşımaq və səs-küy salmaq tövsiyə edilib.
Pərvanə Sultanova



