
Böyük Britaniyada həbsxanalarda sıxlığı azaltmağa yönəlmiş hökumət proqramı çərçivəsində 37 məhbus səhvən azad edilib.
525.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu səhv azadlığa çıxan cinayətkarların törətdikləri əməllərinin düzgün qeydə alınmaması ilə bağlıdır. Ədliyyə Nazirliyi əlavə edib ki, artıq 32 cinayətkar həbsxanaya qaytarılıb. Polis daha beş nəfəri tapmaq üçün təcili iş aparır.
Həbsxanaların keçmiş baş müfəttişi Nik Hardvik deyib ki, məhbusların azad edilməsi “əməliyyat deyil, siyasi səhvdir”. Onun sözlərinə görə, ehtimal edilən problem, məhbusların məhkum edildiyi köhnə qanunun xəbərdarlıq əlaməti kimi müəyyən edilməməsidir.
Pərvanə Sultanova



