|
|
|
|

Bu gün səhər saatlarında Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində, Mir Mövsüm Ağa ziyarətgahında 22 yaşlı qız intihara cəhd edib.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Nigar Dadaşova özünü öldürmək istəyib. O, bir neçə qutu dərman içərək ziyarətgahın girişində yerə uzanıb. Qızı huşsuz vəziyyətdə tapıblar. Nigar Dadaşova xəstəxanaya yerləşdirilib.



