|
|
|
|

Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib ki, Ukrayna NATO-ya üzv olacaq, lakin bunun nə vaxt baş verəcəyi hələ bəlli deyil.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bizim kollektiv səylərimiz Ukraynanın NATO-ya üzvlüyü yolunda körpüdür. Zamanı məlum deyil, amma bir gün Ukrayna NATO-ya üzv olacaq”, - deyə M.Rutte bildirib.
Dünən Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə olaraq “qələbə planını” ictimaiyyətə təqdim etdi. Planı beş bənddən ibarətdir ki, onlardan biri də Rusiya ilə münaqişə bitməmiş ölkənin NATO-ya üzv olmasıdır.
NATO-nun baş katibi bildirib ki, hələlik bu planın bütün bəndlərini tam dəstəkləməkdən danışa bilməz. O, bir çox məsələlərin daha dəqiq aydınlaşdırılmasının lazım olduğunu qeyd edib və həmçinin bağlı qapılar arxasında dialoqun anonsunu verib.
İbrahim Cəfərov



