|
|
|
|

Meksikanın keçmiş ictimai təhlükəsizlik naziri Genaro Qarsiya Luna ABŞ-da 38 illik həbs cəzası alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun müxtəlif narkotik alverçilərindən dəfələrlə rüşvət almasıdır.
Qarsiya Luna uzun illər Meksikanın hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışıb. 2001-2006- cı illər aralığında Federal Təhlükəsizlik Agentliyinin rəhbəri olan Qarsiya Luna bundan sonra daha 6 il İctimai təhlükəsizlik naziri vəzifəsini icra edib.
Məmur olduğu dövrdə rüşvətxorluq və narkotik ticarətinə qarşı mübariz biri kimi tanınıb, hətta bu mövzuda bir neçə kitab yazıb.
Təqaüdə çıxdıqdan sonra ABŞ-yə köçən keçmiş nazir 2019-cu ildə narkotacirlərdən rüşvət aldığına görə həbs olunub. Prokuror ona ömürlük həbs cəzasının verilməsini istəsə də, məhkəmə 38 illə kifayətlənib.
Yeri gəlmişkən, onun vəkilinin Lunanı dilə tutaraq rüşvət verdiklərini əsas gətirərək cəzanın 20 ilə endirilməsinə çalışsa da, bu, alınmayıb.
Qeyd edək ki, məhkəmə prosesində Qarsiya Lunanın rüşvət aldığı narkotacirlər arasında məşhur "Sinaloa" kartelinin başçısı Hoakin Qusmanın da olduğu üzə çıxıb.
L.Tağıyeva



