|
|
|
|

Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada meymunçiçəyi virusuna (mpox) yoluxanların sayının 94-ə yüksəldiyi açıqlanıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, meymun çiçəyi virusu ölkənin 25 əyalətinin 63 bölgəsinə, eləcə də paytaxt Abucaya yayılıb.
Açıqlamaya görə, son bir həftədə ölkədə 10 yeni meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb və bununla da ölkədə bu virusa yoluxanların sayı 94-ə yüksəlib.
Açıqlamada hökumətin virusun daha da yayılmasının qarşısını almaq üçün yeni tədbirlər gördüyü bildirilib.
Nigeriya avqustun 27-də meymun xəstəliyi ilə mübarizə çərçivəsində ABŞ tərəfindən göndərilən 10 min doza peyvənd alıb.
Qeyd edək ki, Nigeriya hökuməti xəstəliyin yayılmasının qarşısını almaq üçün beynəlxalq səyahətçilər üçün sağlamlıq bəyannaməsi forması hazırlamışdı.
Malik Atilay



