https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Messi mükafatlarına görə mükafat aldı

Messi mükafatlarına görə mükafat aldı


Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu kimi mükafata layiq görülüb.

QOL.az xəbər verir ki, ötən gün  İspaniyanın "Marca" nəşri 37 yaşlı forvarda futbol sahəsindəki uğurlarını qiymətləndirərək xüsusi mükafat təqdim edib. Mərasim “İnter Mayami”nin Fort Lauderdeyldəki ev stadionunda baş tutub.

Messi mükafatı “Marca”nın direktoru Xuan İqnasio Qalardo və Amerika klubunun sahibi Xorxe Masdan alıb.

Xatırladaq ki, Messi 2023-cü ilin yay transfer pəncərəsində “İnter Mayami”yə keçmişdi. 

Messi Argentina millisinin tərkibində 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Forvard həmçinin 8 dəfə "Qızıl top"a layiq görülüb. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.