
Bu gün Misli Premyer Liqasında 2-ci dövrə başlayıb.
525.az xəbər verir ki, bununla da çempionatda 12 günlük fasilə yekunlaşıb.
10-cu turun ilk oyun günündə 1 matç keçirilib. Autsayder "Kəpəz" son çempion və hazırkı lider "Qarabağ"ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Qarabağ" Misli Premyer Liqasının turnir cədəvlində 24 xalla 1-ci, "Kəpəz" isə 3 xalla 10-cu yerdədir.
Tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.
Misli Premyer Liqası, 10-cu tur
18 oktyabr (cümə)
18:00. “Kəpəz” – “Qarabağ” - 0:5
Qol: Emmanuel Addai, 17, Aleksey İsayev, 51, Leandro Andrade, 53, Toral Bayramov, 67, Aleksey Kaşuk, 78
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
Tovuz şəhər stadionu
19 oktyabr (şənbə)
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
18:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”
20 oktyabr (bazar)
17:30. “Zirə” –“Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu,
20:00. “Sumqayıt”– “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu



