https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Qurban Qurbanovdan millinin idman direktoruna sərt cavab

Qurban Qurbanovdan millinin idman direktoruna sərt cavab

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hazırda Azərbaycan millisinin idman direktoru olan İlqar Qurbanovun fikirlərinə münasibət bildirib.

İlqar Qurbanov İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində əvvəllər milliyə bəzi oyunçuların sifarişlə cəlb edildiyini deyib.

Q.Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “Qarabağ” "Kəpəz"i 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Q.Qurbanova bir vaxtlar özünün də millinin baş məşqşiçi olduğu və onun dövründə belə halın olub-olmadığı soruşulub.

Q.Qurbanovun buna cavabı sərt olub:  “Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb”. (QOL.az)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.