
Misli Premyer Liqasının 10-cu turu “Sumqayıt”– “Turan Tovuz” oyunu ilə başa çatıb.
QOL.az xəbər verir ki, 9-cu yerdəki "gənclik şəhəri" təmsilçisi ilə 3-cü pillədəki Tovuz klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəlib. Oyun qonaqların 4:2 hesablı qələbəsi ilə bitib. Beləliklə, "Turan Tovuz" turnir cədvəlində 21 xalla 2-ci, "Sumqayıt" isə 7 xalla 9-cudur.
Bu gün 17:30-da isə "Zirə" - "Sabah" görüşü başlayıb. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Misli Premyer Liqası
10-cu tur
20 oktyabr (bazar)
20:00. “Sumqayıt”– “Turan Tovuz” - 2:4
Qol: Alexandro Serrano, 16 (0:1), Otto Con, 25 (0:2), Veysəl Rzayev, 26 (0:3), Nikola Vuynoviç, 32 (1:3), Aleks Souza, 78 (1:4), Kamran Quliyev, 87 (2:4)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Zirə” –“Sabah” - 1:1
Qollar: Cesse Sekidika, 7 (0:1), George Papunaşvili, 90+2 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
19 oktyabr (şənbə)
“Neftçi” - “Səbail” - 3:1
“Şamaxı” - “Araz-Naxçıvan” - 0:1
18 oktyabr (cümə)
“Kəpəz” - “Qarabağ” - 0:5
N Klublar O Q H M T-F X
1 Qarabağ 9 8 0 1 25-6 24
2 Turan Tovuz 10 6 3 1 16-8 21
3 Araz-Naxçıvan 9 6 2 1 12-9 20
4 Zirə 8 5 1 3 15-7 16
5 Sabah 9 4 4 2 20-16 16
6 Şamaxı 9 3 3 3 8-8 12
7 Neftçi 10 1 5 4 9-16 8
8 Səbail 10 2 1 7 15-20 7
9 Sumqayıt 10 2 1 7 8-15 7
10 Kəpəz 10 1 0 9 6-29 3
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 6 qol
Coy Lens Mikels ("Sabah") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rafael Utziq ("Zirə") - 4 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol
Pavol Şafranko ("Sabah") - 3 qol



