https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Səudiyyə Ərəbistanından böyük həmlə

Səudiyyə Ərəbistanından böyük həmlə

Məşhur mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanı millisinə baş məşqçilik edə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. 

Səudiyyə Ərəbistanı yığmasının hazırkı baş məşqçisi Roberto Mançinidir. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində komandanın Yaponiyaya 0:2 hesablı məğlubiyyətindən sonra Bəhreynlə 0:0 hesablı heç-heçə etməsi vəziyyəti daha da çətinləşdirib. Buna görə də yerli futbol federasiyası italiyalı mütəxəssislə müqaviləni ləğv etmək üçün danışıqlar aparır. Tərəflərin sözləşməsi 2027-ci ilin yayına qədərdir. 

Səudiyyə Ərəbistanı rəhbərliyi baş məşqçi vəzifəsinə Zinəddin Zidanı gətirmək istəyir. Federasiya Zidana görə hərəkətə keçmək üzrədir. 

2021-ci ildə "Real"dan ayrıldıqdan sonra klubsuz olan mütəxəssis indiyədək heç bir təklifi qəbul etməyib. Onun Səudiyyə Ərəbistanından alacağı maddi baxımdan böyük təklifə hansı cavabı verəcəyi isə maraq yaradır. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.