https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

UEFA-dan azərbaycanlı referiyə daha bir təyinat

UEFA-dan azərbaycanlı referiyə daha bir təyinat

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. K.Umudlu Gənclər Liqası çərçivəsində "Şaxtyor" - "Yanq Boyz" oyununu idarə edəcək. 

Ona yan xətt hakimləri qismində Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvenqers yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 6-da Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Xatırladaq ki, K.Umudlu  ötən gün 3 oyuna təyinat alıb. O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

K.Umudlu oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.