https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

AFFA "Sabah"ın məşqçisini cəzalandırdı

AFFA "Sabah"ın məşqçisini cəzalandırdı

"Sabah"ın köməkçi məşqçisi Saşa Sablyak cəzalandırılıb.

QOL.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında belə qərar qəbul edilib. 

Buna səbəb onun Misli Premyer Liqasının 10-cu turunda “Zirə” ilə matçın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitməsi olub. Sablyak həmin vaxt birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi mütəxəssisin 1 oyun şərti olmaqla 2 oyun cəzalanmasına qərar verib. “Sabah” isə 1000 manat cərimə edilib.

Qeyd edək ki, "Zirə" - "Sabah" oyunu 1:1 hesabı ilə başa çatıb. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.