https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Azərbaycanın üç boksçusu dünya birinciliyinə qələbə ilə start verib

Azərbaycanın üç boksçusu dünya birinciliyinə qələbə ilə start verib

Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə qələbə ilə start verib.

525.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Qızbəs İsgəndərli (60 kq) 1/16 finalda Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib.

İsgəndərli 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kq çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. O, Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.

Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.