https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

"Yuventus"a 8 qol vura bilərdik"

"Yuventus"a 8 qol vura bilərdik"

"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 9-cu turu çərçivəsində "Yuventus"la heç-heçə etdikləri (4:4) oyun haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis qələbə qazana bilmədikləri üçün məyus olduğunu deyib: 

“Bir məşqçi kimi deməliyəm ki, 8 qol vurmağa layiq idik. Bunu edə bilərdik. Çünki belə şeyi ilk hiss edən mənəm. Qələbə üçün 5-ci qolu vura bilmədiyimizə görəməyus olsaq da, yaxşı oynadıq. 3-cü qoldan sonra komanda bir az əsəbiləşdi, amma bu, futboldur. Nə çatmırdı? Bir az daha qətiyyət. Təbii ki, nəticə bizə təsir edir, amma mən meydanda çoxlu qol imkanları yaradan komanda gördüm. Futbolçular çox çalışırdılar. Komandanın qələbəyə layiq olduğu halda belə heç-heçə etməsi məyusedicidir".

Qeyd edək ki, hazırda turnir cədvəlində "İnter" 18 xalla 2-ci, "Yuventus" isə 17 xalla 3-cüdür. Sıralamaya 22 xalla "Napoli" liderlik edir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.