https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında irəlilədi

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında irəlilədi

İngiltərə Premyer Liqasının 9-cu turunun "Arsenal"la matçı "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. 

QOL.az xəbər verir ki, 32 yaşlı hücumçu sözügedən matçda (2:2) qol vurub.

Misirli forvard bununla da Premyer Liqadakı qollarının sayını 163-ə çatdırıb. O, belə nəticə ilə turnirin bombardirləri siyahısında 8-ci yerə yüksəlib. Salah "Liverpul"un məşhur sabiq futbolçusu Robbi Faulerlə eyni göstəriciyə malikdir.

Xatırladaq ki, Premyer Liqa tarixinin bombardiri hesabında 260 qolu olan Alan Şirerdir.

Qeyd edək ki, Salah bu mövsüm bütün yarışlarda 13 matça çıxıb, 8 qol vurub və 7 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.