https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Azərbaycanın 9 boksçusu finala yüksəldi

Azərbaycanın 9 boksçusu finala yüksəldi

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları davam edir.

525.az xəbər verir ki, multi-idman yarışında Azərbaycan millisinin oğlan boksçuları artıq yarımfinal görüşlərini başa vurublar.

Məktəblilər arasında təşkil olunan Gimnaziadada yığmamızın 9 idmançısı finala vəsiqə qazanıb. Komandamızın heyətində Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq) və Rza Rzayev (70 kq) həlledici görüşdə qızıl medal uğrunda döyüşəcək.

Digər boksçularımızdan Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, Gimnaziadada oğlan boksçular arasında finallar sabah olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.