
“Barselona” 2023/24 mövsümünün yekunlarına əsasən qadınlar arasında dünyada ilin ən yaxşı klubu seçilib.
525.az xəbər verir ki, Kataloniya klubu son mövsüm Çempionlar Liqasının, İspaniya çempionatının, ölkə kubokunun və Superkubokunun qalibi olub.
“Barselona” həm ölkə çempionluğu sayında (9), həm də ölkə kubokunun qalibi olmaqda (10) İspaniyada rekordçusudur.
Qadınlarla yanaşı, kişilərdə də ilin ən yaxşı klubunun adı açıqlanıb. Belə ki, Madrid “Real”ı 2023/24 mövsümündə ilin ən yaxşısı seçilib.

“Kral klubu” “Borussiya” (Dortmund), “Jirona”, “Bayer” və “Mançester Siti”ni qabaqlayıb.
Madrid təmsilçisi son mövsüm İspaniya çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, bu dəqiqələrdə Parisdə keçirilən ilin ən yaxşılarının təqdimetmə mərasimində “Real”dan heç kim iştirak etmir.
İbrahim Cəfərov



