https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Ançelotti və Heyz - İlin ən yaxşı məşqçiləri

Ançelotti və Heyz -  İlin ən yaxşı məşqçiləri

“Real”ın baş məşqçisi Karlo Ançelotti Yohan Kroyf mükafatının qalibi olub.

525.az xəbər verir ki, sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur.

Ançelotti Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib. Lakin “Real”dan heç kim sözügedən tədbirdə iştirak etmir.  

Qeyd edək ki, 2023/24 mövsümündə italiyalı mütəxəssis “Real”la birgə İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub.

Karlo Ançelotti ilə yanaşı, mükafata Xabi Alonso (“Bayer”), Luis de la Fuente (İspaniya millisi), Lionel Skaloni (Argentina millisi), Can Pyero Qasperini (“Atalanta”) və Xosep Qvardiola (“Mançester Siti”) da namizəd idi.

Qadınlar arasında isə ilin ən yaxşı məşqçisi “Çelsi”nin çalışdırıcısı Emma Heyz seçilib.

İbrahim Cəfərov

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.