
“France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi məlum olub.
525.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdəki “Şatle” teatrında keçirilib.
2024-cü il "Qızıl top" mükafatına əsas namizəd "Real"dan Vinisius Junior olsa da, mükafatı İspaniya millisinin və “Mançester Siti”nin üzvü Rodri qazanıb.
Vinisius Junior ikinci yeri tutub. Onun “Real”dakı komanda yoldaşı Cud Bellinqem isə üçüncü olub.
Ötən mövsüm Rodri “Mançester Siti”nin heyətində keçirdiyi 50 matçda 9 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
O, “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və klublararası dünya çempionatının qalibi adını qazanıb. Rodri həmçinin İspaniya millisinin heyətində Avropa çempionu olub.
Rodri “Qızıl top”u qazanan sayca üçüncü ispan futbolçudur. Ona qədər “Real”ın sabiq hücumçusu Alfredo Di Stefano (1957, 1959) və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Luis Suares (1960) mükafatı qazanıblar.
Qadınlar arasında “Qızıl top”un sahibi isə “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati olub.

Ona mükafatı tanınmış aktrisa Natali Portman təqdim edib.
Dünyanın ən yaxşı qadın futbolçularının üçlüyünə daxil olan digər iki nəfər də “Barselona”nın üzvləridir. Söhbət hücumçular Karolin Qrem Hansen və Salma Paralyuelodan gedir.
Bonmati ardıcıl ikinci dəfə mükafatı qazanır. O, ötən mövsüm də ən yaxşı seçilmişdi.
Qeyd edək ki, ötən mövsüm Aytana “Barselona” ilə birgə Çempionlar Liqasının, İspaniya çempionatının, kubokunun və Superkubkunun qalibi olub.
İbrahim Cəfərov



