https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

"Real" "Qızıl top"a görə Çeferini günahlandırdı

"Real" "Qızıl top"a görə Çeferini günahlandırdı

"Real" rəhbərliyi futbolçusu Vinisius Juniorun "Qızıl top"un qalibi olmamasına görə əsəbiləşib.

QOL.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

“Qızıl top”un qalibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olub.

Mərasimdən əvvəl əksər analitiklər və bukmeker kontorları mükafatı "Real"ın vingeri Vinisius Juniorun alacağına inanırdılar. Lakin son anda Rodrinin "Qızıl top"u qazanacağı məlum olub. "Real" isə bu vəziyyətdən hiddətlənib və baş verənlərə görə UEFA preizdenti Aleksander Çeferini günahlandırıb. 

"Real"ın prezidenti Florentino Peres və rəhbər şəxslər əmindirlər ki, Çeferinin bu vəziyyətə böyük təsiri olub. Səbəb isə odur ki, Peres və Madrid klubu Avropa Superliqasının yaradılmasını dəstəkləyir. UEFA prezidenti isə belə turnirin qəti əleyhinədir.

Xatırladaq ki, Parisin “Şatelet” teatrında “Qızıl top”un təntənəli təqdimat mərasimi keçirilib. "Real" təmsilçiləri bu tədbirdə yer almayıblar. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.