https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Neftçi"dən 1 xal götürmək uğurdur" - Ayxan Abbasov

"Neftçi"dən 1 xal götürmək uğurdur" -  Ayxan Abbasov

"Bu gün bayramdır. Cənab prezident İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin".

QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, oyunla bağlı fikirlərini bildirib: "Xal qazanmaq istəyirdik. "Neftçi" də xal qazanaraq irəliləmək istəyirdi. Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdi. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur. Hamını təbrik edirəm".

Mütəxəssis 3 dəqiqə ərzində buraxılan 2 qol haqda danışıb: "Sürpriz oldu. Komandanın isinməsi siqnal verirdi ki, futbolçular oyuna yaxşı köklənib. Yaxşı şeylər gözləyirdik. Şans rəqib tərəfdə oldu. "Neftçi"nin futbolçusunun ustalığı idi. İkinci qolda ofsayd xətti çəkmək, bəlkə də, çətin idi. İki qolun arasında bizim də epizodumuz oldu. Bir anlıq mənə elə gəlirdi ki, futbolçularım ayılacaq. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la matçda da belə olmuşdu. Demək ki, bacara bilirik. İlk hissədəki oyundan beş dəqiqəni çıxmaqla razı qaldım".

A. Abbasov fasilədə futbolçularına verdiyi təlimatlardan söz açıb: "Beş dəqiqəyə görə uşaqları tənbeh etdim. Futbolçulara bunu çatdırmaq lazımdır. Bilirdim ki, rəqib tempi yüksəldəcək. İkinci hissədə ən real qol epizodu bizdə oldu. Hücumlarımız var idi. Bu gün rəqib "Neftçi"dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. "Neftçi"nin qələbəsi üçün komandamı qabağa çıxartmağımı istəyirlər. Deyir futbol oynamırsız, mən də zarafatca dedim bəs nə oynayırıq? (gülür). Bilirdim ki, təzyiq olacaq. Bu mübarizəni istəyirdim futbolçulardan. Belə mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.