https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

Cavid Hüseynovdan təyinatı ilə bağlı ilk açıqlama

Cavid Hüseynovdan təyinatı ilə bağlı ilk açıqlama

“Səbail” kimi komandada çalışmaq, nəticə qazanmaq və onun uğrunda mübarizə aparmaq hər bir məşqçinin arzusu və istəyidir, eləcə də mənim. Gənc məşqçi olmağıma baxmayaraq, xoşbəxtəm ki, bu gün burdayam”. 

QOL.az saytının məlumatına görə, bu sözləri “Səbail”in yeni baş məşqçisi Cavid Hüseynov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. 

O, komandasının hazırkı məqsədinin Premyer Liqada qalmaq olduğunu bildirib: “Reallıq odur ki, məqsədimiz bu il Premyer Liqada qalmaqdır. Çalışacağıq ki, maksimum dərəcədə bunu yerinə yetirək. Həm yaxşı oyunla, həm də mübariz bir komanda ilə tapşırığın öhdəsindən gəlməyə çalışacağıq”.

Mütəxəssis komandanın potensialının olduğunu qeyd edib: “Turan Tovuz”da köməkçi məşqçi kimi çalışırdım. “Səbail”ə gəlməmişdən öncə məsləhətləşdiyim insanlar da oldu. Komandanın potensialına inanmasaydım, gəlməzdim. Bu komandanın oyunlarını rəqib olaraq analiz etmişəm. Komandanın potensialı çox şeydən xəbər verir”. 

Hüseynov “Səbail”i tezliklə aşağı pillələrdən qurtarmağa çalışacağını söyləyib: “Hazırkı mövqeyimizdən razı deyilik. Maksimum dərəcədə az vaxt ərzində çalışacağıq turnir cədvəlində daha üst pillərə qalxaq və yerimizi möhkəmləndirək. Hər bir iş çətindir. Bu çətinliyin öhdəsindən gəlmək də insana xas olan xüsusiyyətdir. Çətinlikləri sevirəm. Problemlər olsa belə, gözümü heç nə qorxutmur”. 

Komandanın strategiyası barədə sualı “Səbail”in yeni çalışdırıcısı belə cavablandırıb: “İlk öncə Premyer Liqada qalmalıyıq. Ondan sonra hər hansı strategiyadan danışmaq olar”. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.