|
|
|
|

Estoniyada 2025-ci ilin yazına kimi sursat istehsalına start veriləcək.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Müsabiqəyə əsasən, bu layihənin icrası “Nitrotol” şirkəti tərəfindən həyata keçiriləcək.
Şirkət təxminən 8 900 kv.m sahədə istehsal müəssisələri tikməyi və onları lazımi avadanlıqla təchiz etməyi öhdəsinə götürüb.
Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib: “Mövcud təhlükəsizlik vəziyyəti bizdən Estoniyanın müdafiə sənayesini inkişaf etdirmək üçün sürətli addımlar atmağı tələb edir”.
Nazirin sözlərinə görə, ölkədə böyük müdafiə sənaye parkının yaradılması planı üzərində iş davam etdirilir.



