https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Qarabağ" - "Lion" oyununun bilətləri satışa çıxır

"Qarabağ" - "Lion" oyununun bilətləri satışa çıxır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununun biletləri satışa çıxır.

525.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlər noyabrın 19-u saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.