https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Klubdan yeni təklif almamışam, çox məyusam"

"Klubdan yeni təklif almamışam, çox məyusam"

"Liverpul"un futbolçusu Məhəmməd Salah klubundan qüvvədə olan müqaviləsinin müddətinin uzadılması ilə bağlı yeni təklif almadığını etiraf edib.

QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu mövsümün sonu müqaviləsi başa çatacaq Misir millisinin futbolçusu deyib: 

"Dekabr ayına az qalıb, amma mən hələ də klubda qalmaq üçün təklif almamışam. Gələn yay getmək ehtimalı qalmaqdan daha çoxdur. Buna təəssüf edirəm. Bilirsiniz ki, mən uzun illərdir klubdayam. Amma vəziyyət mənim əlimdə deyil. Mən azarkeşləri sevirəm, onlar da məni sevirlər. Amma hər şey klubdan asılıdır. Gözləyək, görək nə olur. Əlbəttə ki, çox məyusam. Karyeramı bitirməyə hazırlaşmıram. Ona görə də mən sadəcə oynayıram, mövsümə köklənmişəm və Premyer Liqanı, ümid edirəm ki, həm də Çempionlar Liqasını qazanacağam".

Qeyd edək ki, 32 yaşlı Salah 2017-ci ildən "Liverpul"da oynayır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.