Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd, Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.