Bu gün səhər saatlarında Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb.
Lent.az-ın məlumatına görə, metronun “Həzi Aslanov” stansiyasında 11-12 yaşlı oğlan platformadan relslərin üstünə yıxılıb. Dərhal yaxınlıqdakı insanlar yeniyetmə oğlanı yaxınlaşmaqda olan qatarın altında qalmaqdan xilas ediblər.
Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə zamanı yeniyetmə oğlan, xoşbəxtlikdən, ciddi xəsarət almayıb.
Yüngül xəsarətlər alan oğlan stansiyadakı tibb məntəqəsinə aparılıb və oğlana yardım göstərilib. Həmçinin o da bildirilib ki, relsin üstünə yıxılmış oğlan yuxulu olub və dərsə gedirmiş.