
Qulu müəllimin özünün bir çərçivəsi var və səfər müddətində də bu çərçivədən çıxmırdı: hər gün, xüsusən axşamlar piyada gəzməyindən, yatmazdan qabaq alma yeməyindən, sutkada ən azı iki saat radiomuzun tarixi və problemləri ilə bağlı yazdığı “Radio dalğalarında” kitabı üzərində işləməyindən qalmırdı. Bu yandan da səfərin zəngin qrafiki, olduğumuz şəhərlərdə fərqli adamlarla görüşlər – Qulu müəllim bunların hamısının öhdəsindən gəlirdi. Və deyəsən, elə ilk dəfə orada onu bu kiçik qrupumuza “Ağsaqqal”, “Rəhbər” seçdik və bu seçim imkan verdi ki, ən fərqli görüşlərdə belə, “Ağsaqqal, buyur” deyib Qulu müəllimi qabağa verək.
Gavalısı sulu müəllim.
Ululardan ulu müəllim.
Alması, armudu quru,
Gavalısı sulu müəllim.



