https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Futzal millimizin ilkin heyəti açıqlanıb

Futzal millimizin ilkin heyəti açıqlanıb

Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

525.az-a bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandanın yanvarın 10-dan 23-dək Bakıda təlim-məşq toplanışı olacaq. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 16 futzalçı dəvət edib. Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.

Qapıçılar: Əbdül Hüseynov, Hüseyn Hüseynov

Oyunçular: Əli Həsənzadə, Rəvan Məsiyev, Pünhan Qasımov, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Mətləb Osmanov, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Bəyoğlan Vəlizadə, Umud Qasımov, Aslan Qasımlı

Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün - yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.