https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Azərbaycanlı hakimlər Antalyada daha 3 oyun idarə edəcək

Azərbaycanlı hakimlər Antalyada daha 3 oyun idarə edəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.

525.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yanvarın 10-da “Maqdeburq” - “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Gangwong” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanstadt” - “Neftçi” (Ferqana) qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.
 
10 yanvar
 
15:00. “Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya)
Baş hakim:
 Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov
 
16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim
: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə
 
11 yanvar
 
16:00. “Hermanstadt” (Rumıniya) – “Neftçi” (Ferqana, Özbəkistan)
Baş hakim:
 Kamran Əliyev
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə
 
Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.