https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Rəşad Sadıqov "Şamaxı" ilə oyun və qış hazırlığından danışdı

Rəşad Sadıqov "Şamaxı" ilə oyun və qış hazırlığından danışdı

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Şamaxı" ilə bu gün keçirilən yoxlama matçından sonra fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, əvvəlcə komandasının qış təlim-məşq toplanışını dəyərləndirib:

“Budəfəki qış fasiləsi əvvəlkilərdən bir az fərqlidir. 28-29 gün vaxt oldu, amma nəzərə almaq lazımdı ki, bu müddət aralığında 31 dekabr var idi. Plan qurmaq bir az çətin idi. Aydın məsələdir ki, futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi. Ona görə də ilk rəsmi oyunumuza hazırlaşmaq üçün 15-16 gün vaxtımız var idi. Hazırlıq üçün istənilən qədər vaxt yox idi".

R.Sadıqov 3:1 hesablı qələbə ilə bağlı da danışıb. O, hər iki komanda üçün yaxşı matç keçdiyini qeyd edib: "Bu gün ilk oyun idi. Buna baxmayaraq, futbolçular məsuliyyətli və istəkli idilər. Düşünürəm ki, hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.