https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

"Kəpəz" legioner oyunçu transfer etdi

"Kəpəz" legioner oyunçu transfer etdi

"Kəpəz" qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı Rati Ardazişvili ilə "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb.

26 yaşlı yarımmüdafiəçinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.

Xatırladaq ki, "Kəpəz" bu qış hücumçu Orxan Əliyevi də heyətinə cəlb edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.