https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Türkdilli Dövlətlərin Xizək Kuboku KEÇİRİLƏCƏK

Türkdilli Dövlətlərin Xizək Kuboku KEÇİRİLƏCƏK

17-20 fevral tarixlərində Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda “Türkdilli Dövlətlərin Xizək Kuboku” keçiriləcək.

525.az xəbər verir ki, bu qərar Şahdağda keçirlən Xizək Alpinizmi üzrə Dünya Kuboku çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Əzimov və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov arasında baş tutan görüşdə qəbul edilib.

Yarışın əsas məqsədi türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.

Görüş çərçivəsində həmçinin 2025-ci ildə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafına və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər müzakirə olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.