https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

"Milan" Uolkerlə danışıqlara başladı

"Milan" Uolkerlə danışıqlara başladı

"Milan" "Mançester Siti"nin futbolçusu Kayl Uolkeri heyətinə qatmaq istəyir. 

QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. 

İtaliya klubu artıq 34 yaşlı oyunçunun təmsilçiləri ilə danışıqlara başlayıb. Cinah müdafiəçisi "şəhərlilər"dən yaxın zamanda ayrılsa, "Milan" onu təzminatsız transfer etmək istəyir. Həmçinin Uolkerə Səudiyyə Ərəbistan klublarından da təklif olduğu bildirilir. 

Qeyd edək ki, Kayl Uolker daha öncə "Mançester Siti"dən ayrılmaq istədiyini bildirib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm "şəhərlilər"in heyətində 18 oyuna çıxıb. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.