Türkiyənin Star TV-də yayımlanan "O ses Türkiye" yarışmasında gərgin anlar yaşanıb.
525.az-ın məlumatına görə, iştirakçı Nur Cennet münsiflər heyəti ilə kobud danışdığı üçün aparıcı Acun tərəfindən səhnədən qovulub. Ona tərəf iki münsif heyəti dönsə də, yarışmada iştirakına icazə verilməyib.