https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Fonsekanın təyinatı açıqlandı

Fonsekanın təyinatı açıqlandı

Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Komandanı Paulu Fonseka çalışdıracaq. Portuqaliyalı mütəxəssis bu vəzifədə Pyer Sajı əvəzləyib. Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Əvvəllər "Porto", "Şaxtyor", "Roma", Fransada "Lill" kimi klubları çalışdıran Fonseka ən son "Milan"ın baş məşqçisi olub. O, ötən il dekabrın 29-da istefaya göndərilib.

Qeyd edək ki, "Lion" Liqa 1-də 30 xalla 6-cı pillədə qərarlaşıb. Həmçinin, komanda Avropa Liqasında 15 xalla 6-cı olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.