https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Mariya Stadnik karyerasını başa vurdu

Mariya Stadnik karyerasını başa vurdu

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının üzvü Mariya Stadnik karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının yaydığı açıqlamada bildirilib.

“Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşin” 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya idmançı kimi fəaliyyətini yekunlaşdırdı.

Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempion, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalib nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir oldu. 

Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirir. 

İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq.

Hər şey üçün çox sağ ol, Mariya!” - deyə federasiyasının yaydığı açıqlamada bildirilib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.