https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

"Qarabağ" cari mövsümdə ilk dəfə bir oyunda 3 top buraxıb

"Qarabağ" cari mövsümdə ilk dəfə bir oyunda 3 top buraxıb

“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.

525.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub.

Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

“Qarabağ” sonuncu dəfə ötən mövsüm “Turan Tovuz”la görüşdə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.

Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/2018 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.